“Liverpul” heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub İspaniya təmsilçisi “Real”ın braziliyalı hücumçusu Rodriqo üçün rəsmi təklif göndərməyə yaxındır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məhəmməd Salahın Premyer Liqa təmsilçisindəki gələcəyi qeyri-müəyyənlik doğurduğundan rəhbərlik indidən yeni futbolçu ilə danışıqlara başlamağı məqbul hesab edir.
İddialara görə, mersisaydlılar 24 yaşlı oyunçunu transfer etmək üçün 50–60 milyon avro ödəməyə hazırdırlar.
Qeyd edək ki, Rodriqo “Real”ın heyətində cari mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA