“Liverpul” futbolçusu Endryu Robertsonu buraxmaq istəmir.
Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisi şotlandiyalı müdafiəçiyə yeni müqavilə təklif edib.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, tərəflər arasında ilkin razılıq əldə olunub. Robertsonun “Liverpul”la hazırkı müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.
Şotlandiya millisinin kapitanı da klubunu tərk etmək niyyətində deyil.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində “Kuinz Park”, “Dandi Yunayted” və “Hall Siti” klublarında çıxış etdikdən sonra 2017-ci ildə “Liverpul”a transfer olunub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA