“Liverpul”da növbəti ayrılıq: Salahdan sonra o da gedir
10.04.2026 - 10:08
“Liverpul”da növbəti ayrılıq: Salahdan sonra o da gedir

İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul"un müdafiəçisi Endryu Robertsonun cari mövsümün sonunda komandadan ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

31 yaşlı şotlandiyalı futbolçunun "Liverpul"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmənin imzalanmaması qərara alınıb.

Xatırladaq ki, Endryu Robertson 2017-ci ildən "Liverpul"un formasını geyinir.

Qeyd edək ki, daha əvvəl Məhəmməd Salah cari mövsümün sonunda Mersisayd təmsilçisindən ayrılacağını açıqlamışdı.