“Liverpul”un futbolçusu MLS-də çıxış edə bilər
03.01.2026 - 10:56
“Liverpul”un futbolçusu MLS-də çıxış edə bilər

Müqavilə ilə “Liverpul”a məxsus olan və icarə əsasında “Aston Villa”da çıxış edən Harvi Elliott komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə MLS təmsilçisi “Şarlotta” yaxından maraqlanır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ klubu futbolçunu icarə əsasında heyətinə qatmağı planlaşdırır. Lakin 22 yaşlı oyunçu karyerasının bu mərhələsində MLS-ə keçməyi düşünmür.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Harvi Elliott cari mövsüm bütün turnirlərdə “Aston Villa”nın heyətində 7 oyunda iştirak edib və 1 qol vurub.