"Lion"un məşqçisi Loran Blan istefaya göndərilib.
Apasport.az saytı xəbər verir ki, komanda rəhbərliyi 57 yaşlı fransalı mütəxəssislə yollarını ayırdığını təsdiqləyib.
Blanın korpusundan Jan-Mişel Vulyege müvəqqəti baş məşqçi vəzifəsini icra edəcək.
Onun yerinə əsas namizəd kimi italiyalı Cennaro Qattuzo göstərilir. Yanvarda İspaniya “Valensiya”sından ayrılan italiyalıyla yaxın günlərdə danışıqların aparılacağı bildirilir.
Qeyd edək ki, Blan 2022-ci ilin oktyabrından "Lion"a rəhbərlik edirdi. Komanda hazırda Liqa 1-də 4 turdan sonra topladığı bir xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”