Madriddə qalib müəyyənləşmədi
05.02.2024 - 02:11
La Liqada 23-cü turun matçları keçirilir.
Apasport.az xəbər verir ki, tur Madrid derbisi ilə əlamətdar olub.
"Real" "Atletiko"nu qəbul edib. 2 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
"Kral klubu"nun heyətində Brahim Diaz hesabı açıb. Lakin qonaqlar son dəqiqələrdə Markus Llorentenin qolu ilə bərabərliyə nail olub - 1:1.
Qeyd edək ki, "Real" 58 xalla 1-ci, "Atletiko" isə 48 xalla 4-cü pillədə qərarlaşıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0