“Mançester Yunayted” Martialı istəmədi
14.09.2023 - 14:00
“Mançester Yunayted” daha bir futbolçusu ilə yollarına davam etməyəcək.
Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” 27 yaşlı Antoni Martialın mövsümün sonunda bitəcək müqaviləsini artırmamaq qərarına gəlib.
2015-ci ildə “Monako”dan 60 milyon avroya transfer edilən hücumçunun çıxışı komanda rəhbərliyini qane etmir. “Mankunianlar” fransızın anlaşma müddətini daha 1 il artırmaq hüququna malik olsalar da, onlar bundan istifadə etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, bu mövsüm cəmi 3 matçda çıxış edən Martial hələlik qol vura bilməyib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0