"Mançester Yunayted"dən "Qranada"ya getdi
01.02.2024 - 12:59
"Mançester Yunayted" daha bir futbolçusunu icarəyə verib.
Apasport.az xəbər verir ki, "Qranada"nın mətbuat xidməti Premyer Liqa klubundan Fakundo Pellistrini icarəyə götürdüyünü açıqlayıb.
22 yaşlı müdafiəçi mövsümün sonuna qədər La Liqa komandasında icarə əsasında çıxış edəcək. Uruqvay millisinin də şərəfini qoruyan sağ cinah müdafiəçisi 2020-ci ilin oktyabrından Mançester təmsilçisinin şərəfini qoruyur.
Qeyd edək ki, bu mövsüm 14 matçda 366 dəqiqə meydanda olan Pellistri 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0