“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq postunda qalacaq.
Apasport.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi uğursuz nəticələrdən sonra da niderlandlı mütəxəssisə güvənir.
Mövsümün startındakı 10 matçda alınan 6 məğlubiyyət azarkeşlərin qəzəbinə səbəb olsa da, rəhbərlik uğursuzluqda baş məşqçini qınamır. Mançesterlilər Ten Haqı komandanı inkişaf etdirmək üçün ideal mütəxəssis hesab edir.
Çalışdırıcı zədəli oyunçuların çoxluğundan heç vaxt şikayətlənməyib. Lakin rəhbərlik bu amilin də nəticələrə təsir etdiyi qənaətindədir. Klubda eyni vaxtda 12 futbolçunun zədədən əziyyət çəkdiyi dövrü də unutmayıblar.
Qeyd edək ki, “Mançester Yunayted”də hazırda ciddi itkilər var. Lyuk Şou, Tirel Malasiya və Serxio Reqilonun yoxluğunda sol cinah müdafiəçisi mövqeyində yarımmüdafiəçi Sofian Amrabat oynayır.
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi