Ceydon Sançonun “Mançester Yunayted”dəki gələcəyi sual altındadır.
Apasport.az-ın məlumatına görə, Dortmund “Borussiya”sının icarə təklifi müsbət qarşılanmayıb.
Baş məşqçi Erik Ten Haaq və Sanço arasındakı münasibətlər ürəkaçan deyil. “Arsenal”la oyundan sonra niderlandlı mütəxəssis futbolçunu tənqid etmişdi. 23 yaşlı Ceydon sosial çəbəkə vasitəsilə ona cavab vermişdi. Bundan sonra çoxları Sançonun komandadan getmə ehtimalını irəli sürüblətimalını irəli sürüblər. Dortmundlular keçmiş oyunçusunu qışda icarə götürməyi planlayıb.
Qeyd edək ki, zədədən əziyyət çəkən Sanço heç cür “Mançester Yunayted”in əsas heyət oyunçusu ola bilməyib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”