Matiç “Roma” arzusunda
10.01.2024 - 23:50
“Renn”in yarımmüdafiəçi Nemanya Matiç İtaliyaya dönmək istəyir.
Apasport.az xəbər verir ki, o, "Roma"ya qayıtmaq niyyətindədir.
Orta xətt oyunçusu Fransa klubundakı durumundan narazıdır. Matiç “Renn” rəhbərliyindən müqaviləni pozmağı xahiş edib. 35 yaşlı futbolçu nümayəndələrinə romalılarla əlaqə saxlamağı və onu "canavarlar"a təklif etməyi tapşırıb.
Qeyd edək ki, serbiyalı avqust ayında "Roma"dan 2,5 milyon avroya "Renn"ə keçib.
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0