Mbappe zədələndi
09.02.2024 - 12:46
PSJ-nin hücumçusu Kilian Mbappe zədələnib.
Apasport.az xəbər verir ki, fransalı ulduz ölkə kubokunun 1/8 finalında "Brest"lə (3:1) matçda aldığı zədə səbəbindən xəstəxanaya yerləşdirilib.
Mətbuatda çıxan məlumata görə, 25 yaşlı forvard Fransa çempionatında "Lill"lə növbəti oyunu buraxacaq. Komandanın məşqçilər korpusu aparıcı oyunçusunun sağlamlığını riskə atmaq istəmir.
Bu gün Mbappe tibbi müayinədən keçəcək və onun son durumu müəyyən ediləcək.
Qeyd edək ki, bu mövsüm forvard Paris təmsilçisində 29 oyun keçirib və 30 qol vurub.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0