İngiltərədə daha bir futbolçu mərc oyunlarına görə 5 ay cəzalandırılıb.
Apasport.az saytı xəbər verir ki, “Nottingem Forest” müdafiəçisi Harri Toffolo şərti cəzaya məruz qalıb.
Toffolo İngiltərə Futbol Assosiasiyasının qaydalarını pozaraq, 2014-2017-ci illərdə 375 dəfə pul qoyuluşu edib. O, həmin dövrdə “Norviç Siti”yə məxus olub və “Suindon”, “Roterhem”, “Piterboro”, “Skantorp” kimi klublarda icarə əsasında oynayıb. 28 yaşlı futbolçunun şərti cəzası 2024/25 mövsümünün sonunadək uzadılıb. Harri 25 min avro cərimələnib.
Qeyd edək ki, Toffolo 2022-ci ilin yayından “Nottingem Forest”də çıxış edir. O, bu mövsüm bir oyunda meydana çıxıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”