Messi "İnter Mayami"də rekorda imza atıb
07.04.2025 - 09:00
Messi "İnter Mayami"də rekorda imza atıb

"İnter Mayami"nin hücumçusu Lionel Messi yeni rekorda imza atıb. 

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu "Toronto" ilə qarşılaşmada birinci hissənin sonunda qol vuraraq hesabı bərabərləşdirib - 1:1.

Beləliklə, o, klub tarixinin ən məhsuldar oyunçusu olub. Messi indiyə qədər "İnter Mayami"də 24 qol və 20 məhsuldar ötürməyə imza atıb. 

Lionel Messi 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir.Argentinalı forvardın "İnter"lə hazırkı müqaviləsi bu ilin sonunda başa çatacaq. PSJ və "Barselona"nın keçmiş ulduzu cari mövsümdə 8 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.