“Komandam məni dünya çempionluğu münasibətilə təbrik etmədi”.
Apasport.az saytı xəbər verir ki, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi deyib.
“İnter Mayami”nin 36 yaşlı ulduz oyunçusu PSJ-dən ayrılmasına şərh verib. O, Paris klubunda paxıllıq və gərgin atmosferə şahid olduğunu deyib: “Həqiqət budur ki, işlər gözlədiyim kimi olmadı. PSJ-də çətin dövr keçirsəm də, milli komanda ilə dünya çempionu oldum. Finalda Fransa üzərindəki qələbəmiz (3:3, pen,4:2) deyəsən onlara çox pis təsir etmişdi. Çünki matçdan sonra oynadığı klubdan təbrik teleqramı almayan yeganə argentinalı mən idim. Bu, komandadakı gərgin atmosferin bir nümunəsidir”.
Qeyd edək ki, Messi 2021-ci ildə uzun illər şərəfini qoruduğu (2000-2021) “Barselona”dan ayrılaraq Liqa 1 təmsilçisinə qoşulmuşdu.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”