Messi Səudiyyə Ərəbistanında oynamaq istədi - hökumət icazə vermədi
30.10.2025 - 20:07
“İnter Mayami”nin kapitanı Lionel Messi Səudiyyə Ərəbistanında oynamaq arzusunda olub.
Apasport.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Məlumata görə, Argentina millisinin üzvü MLS-də mövsüm başa çatdıqdan sonra dünya çempionatına daha yaxşı hazırlaşmaq məqsədilə Səudiyyə Ərəbistanı çempionatında çıxış etmək istəyib.
Lakin yerli hökumət ulduz futbolçunun bu istəyinə icazə verməyib.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami” klubunun formasını geyinir.
0
0