“Rəqib azarkeşlərə Lionel Messinin niyə oynamadığını izah etmək məni təccübləndirir”.
Apasport.az xəbər verir ki, "İnter Mayami"nin baş məşqçisi Xerardo Martino argentinalı forvardın matçlara çıxmamasının səbəbini açıqlayıb.
61 yaşlı mütəxəssis həmyerlisinin matç oynamağa hazır olmadığını bildirib: “Azarkeşlərin gözləntilərini başa düşürəm, lakin Messi kifayət qədər formada deyilsə, onu oynamağa məcbur edə bilmərik. Mənə çox qəribə görünür ki, məşqçi rəqib azarkeşlərə dünyanın ən yaxşı oyunçusunun yoxluğunu nəyə görə izah etməlidir. Bunun səbəbi ABŞ-da yerləşməyimizdir. İstənilən yerdə azarkeşlər sakit olardılar ki, rəqib komandada daha yaxşı oyunçu yoxdur”.
Qeyd edək ki, 36 yaşlı hücumçu “İnter Mayami”nin ardıcıl dörd matçında iştirak etməyib.
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi