İspaniyada Bilbao "Atletik"ini cəza gözləyir.
Apasport.az saytı xəbər verir ki, La Liqanın VII turunun “Xetafe” ilə ev oyununda meydan sahiblərinin azarkeşləri rəqibin futbolçusu Meyson Qrinvudu təhqir ediblər.
Onlar 21 yaşlı ingilis hücumçu cərimə zərbələrini yerinə yetirəndə “Qrinvud, öl” deyə qışqırıblar. Bundan əlavə, Bask komandasının azarkeşləri matç başlamazdan əvvəl, heyətlərin açıqlanması zamanı, eləcə də oyunçunun üzünün ekranda göründüyü anlarda futbolçunu təhqir edəcək ifadələr işlədiblər. La Liqa rəhbərliyi açıqlama verərək Bilbaolu azarkeşlərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini açıqlayıb.
Qeyd edək ki, sözügedən qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”