"Milan"ın futbolçusu qəza keçirdi, başı partladı
12.10.2023 - 17:54
"Milan"ın futbolçusu Noa Okafor avtoqəzaya uğrayıb.
Apasport.az xəbər verir ki, 23 yaşlı hücumçu insident zamanı sərnişin oturacağında olub.
Başı partlayan futbolçuya həkimlər müdaxilə ediblər. İsveçrə millisinin üzvünün baş nahiyəsinə bir neçə tikiş vurulub. Bu səbəbdən o, Avro-2024-ün seçmə mərhələsinin İsrail və Belarus yığmalarına qarşı oyunlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, gənc forvard bu mövsüm “Milan” klubu ilə 9 matçda iştirak edərək, 2 qol vurub.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0