Millimizin üzvü "Beşiktaş" yolunda
02.01.2026 - 20:20
"Volendam"da çıxış edən Ozan Can Kökcü karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, "Beşiktaş" Azərbaycan milli komandasının üzvünü transfer etmək istəyir. Bu barədə "Hürriyet" nəşri məlumat yayıb.
İstanbul nəhənginin skautları Ozan Canın oyununu bəyənib. "Qara qartallar"ın rəhbərliyi 27 yaşlı vingerin transferi üçün hərəkətə keçib. Keçidin yaxın günlərdə reallaşdırmaq ehtimalı yüksək qiymətləndirir.
Qeyd edək ki, Ozan Can Kökcü "Beşiktaş"ın kapitanı Orkun Kökcünün böyük qardaşıdır.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0