Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar.
Apapsort.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, AVRO-2024-ün final mərhələsinə vəsiqə qazandıqları üçün millinin bütün oyunçuları “Şərəf” ordeni alacaqlar: “Şəxsən mən bir azarkeş kimi 30 ildir bu günü gözləyirdim. Uşaqlar bizə ən böyük xoşbəxtlik bəxş etdilər. Onlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır”.
Qeyd edək ki, AVRO-2024-ün pley-off raundunun final oyununda Yunanıstana qalib gələn Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb. Komanda qitə çempionatında Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq. Turnir 14 iyun – 14 iyul aralığında Almaniyada keçiriləcək.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı