"Mançester Yunayted"in cinah yarımmüdafiəçisi Ceydon Sanço karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, “Roma”nın baş məşqçisi Joze Mourinyo ingilis futbolçunu komandanın əsas transfer hədəfi kimi müəyyənləşdirib.
“Qırmızı şeytanlar”da rəhbərlik baş məşqçi Erik ten Haqla yola getməyən 23 yaşlı ingilisi ən çox pul təklif edən komandaya satmağa hazırdır. Paytaxt klubunun Sançonu transfer etmək şansı azdır, lakin “canavarlar” ən pis halda oyunçunu icarəyə götürmək istəyir.
Qeyd edək ki, İngiltərə millisinin də şərəfini qoruyan Sanço baş məşqçi ilə münaqişə etdiyinə görə “Mançester Yunayted”in məşqlərindən də uzaqlaşdırılıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”