İspaniya Kral Futbol Federasiyası (RFEF) başsız qalıb.
Apasport.az saytı xəbər verir ki, Luis Rubiales prezident vəzifəsindən istefa verib.
46 yaşlı futbol funksioneri gedişinin səbəbini bundan sonra quruma fayda verə bilməməyəcəyi ilə əlaqələndirib: “RFEF rəhbərliyi ilə yanaşı, UEFA-nın vitse-prezidenti postundan ayrılıram. Artıq prezident səlahiyyətlərini icra edən Pedro Roçanı bu barədə məlumatlandırmışam. FİFA tərəfindən verilən cəzadan, eləcə də, mənə qarşı qaldırılan digər proseslərdən sonra vəzifəmə qayıda bilməyəcəyim aydındır. Buna görə də israr etməyərək, nə federasiyaya, nə də İspaniya futboluna müsbət heç nə verə bilməyəcəyimi nəzərə aldım”.
Qeyd edək ki, rüşvətxorluqda və federasiyanın büdcəsini talamaqla günahlandırılan Rubiales avqustun 26-da FİFA-nın Nizam İntizam Komitəsi tərəfindən 90 günlüyünə vəzifəsindən uzaqlaşdırılmışdı. Qeyri-adi hərəkətləri ilə də daim medianın diqqət mərkəzində olan funksioner son olaraq qadınlar arasında dünya çempionatının mükafatlandırma mərasimində İspaniya millisinin yarımmüdafiəçisi Cenifer Hermosonu dodağından öpərək gündəm olmuşdu.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”