Müller Kasilyasa çatdı
04.10.2023 - 10:01
Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Kopenhagen”in qonağı olan “Bavariya” səfərdə əzmkar qələbə qazanıb.
Apasport.az-ın məlumatına görə, Almaniya klubunun futbolçusu Tomas Müller qitənin ən nüfuzlu klub turnirində 101-ci dəfə komandasının qalibiyyətinə sevinib.
Almaniyalı ulduz bu göstəricidə İker Kasilyasa çatdı. Bu cütlük turnir tarixinin 2-ci nəticəsinə sahibdir.
Qeyd edək ki, Çempionlar Liqasında ən çox qələbə qazanan Kriştiano Ronaldodur. Portuqaliyalı 115 oyunda komandasının qalibiyyətində pay sahibi olub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0