"Napoli" Qollinidən razıdır
11.02.2024 - 18:38
"Napoli" 28 yaşlı qolkiperlə daimi əsasda müqavilə imzalayacaq.
Apasport.az xəbər verir ki, Neapol klubunun məşqçiləri "Atalanta"dan icarəyə götürülən Pyerluici Qollinin oyunundan razıdır.
Bu məqsədlə futbolçunun haqlarını almağa çalışan “Napoli” qarşı tərəfə 7 milyon avro ödəyəcək. Razılaşmanın yaxın günlərdə rəsmiləşəcəyi bildirlir.
Qeyd edək ki, Qollini bu mövsüm bütün turnirlərdə 9 oyun keçirib. O, bu matçlarda qapısından 12 qol buraxıb və 2 matçda qapısını qola qapada bilib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0