Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına "Sumqayıt"-"Neftçi" görüşü ilə yekun vurulub.
Apasport.az xəbər verir ki, qarşılaşma Kapital Bank Arenada baş tutub.
Ardıcıl 3 dəfə üz-üzə gələcək komandalar ilk duelə çıxıb. Görüş "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da keçiriləcək.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
31 yanvar (çərşənbə)
19:00. “Sumqayıt” – “Neftçi” 2:3
Qol: Elvin Bədəlov, 60, Kasmir Ninqa, 89 - Yeqor Boqomolski, 29, Emin Mahmudov, 44 (p.), 45+2
Baş hakim: Rəşad Əhmədov
“Kapital Bank Arena”
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi