Nelsson üçün “Totenxem”dən 30 milyon avro
03.10.2023 - 13:11
“Qalatasaray” qışda müdafiəçisi ilə vidalaşa bilər.
Apasport.az saytı xəbər verir ki, “Totenxem” İstanbul klubunun üzvü Viktor Nelssona göz dikib.
24 yaşlı futbolçunun müqaviləsində 30 milyon avro qarşılığında sərbəst qalma maddəsi var. İngilislər də məhz bundan istifadə edərək, danimarkalını heyətə cəlb etmək istəyir.
Qeyd edək ki, 2021-ci ilin yayından “Qalatasaray”da çıxış edən Nelson bu mövsüm 11 matçda iştirak edib.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0