"Nyukasl"dan rekord: 8 futbolçudan 8 qol
25.09.2023 - 13:15
"Nyukasl" İngiltərə Premyer Liqasında rekorda imza atıb.
Apasport.az saytı xəbər verir ki, “sağsağanlar” səfərdə “Şeffild Yunayted”i 0-8 hesabı ilə məğlub edib.
Matçda qonaqların qollarının hamısını fərqli futbolçular vurub. Bu da Premyer Liqa tarixində bir rekord deməkdir.
Qeyd edək ki, sözügedən oyun ev sahibi “Şeffild Yunayted”in tarixinə isə ən ağır məğlubiyyət kimi yazılıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0