Oliseyə xəbərdarlıq – "Evi dərhal boşalt"
23.07.2026 - 12:35
Oliseyə xəbərdarlıq – "Evi dərhal boşalt"

Almaniyanın sabiq futbolçusu Cerom Boatenq "Bavariya"nın futbolçusu Maykl Oliseyə xəbərdarlıq edib.

Apasport.az xəbər verir ki, Boatenq fransalı vingerə yaşadığı lüks evi dərhal boşaltması ilə bağlı rəsmi bildiriş göndərib.

Məlumata görə, Olise hazırda Boatenqə məxsus villada kirayədə yaşayır. Sabiq müdafiəçi isə evi satışa çıxarmaq istədiyi üçün futbolçudan qısa müddətdə evi tərk etməsini tələb edib.

Bildirilir ki, sözügedən lüks villanın bazar dəyəri təxminən 11,5 milyon avro təşkil edir.