"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandanın İngiltərə çempionatında ardıcıl ikinci məğlubiyyətindən sonra mətbuatın və azarkeşlərin tənqidlərinə cavab verib.
Apasport.az xəbər verir ki, komanda yanvarın 31-də “Liverpul”a 1:4, fevralın 4-də isə “Vulverhempton”a 2:4 məğlub olub.
51 yaşlı argentinalı mütəxəssis bu tip halların futbolda tez-tez baş verdiyini düşünür: “Bəzən səhv edə bilərik, amma bu futboldur. Biz irəliləməyə və güclü qalmağa davam etməliyik. Düşünürəm ki, çox yaxşı oyunçularımız var, lakin müxtəlif səbəblərdən insanların gözlədiyi kimi çıxış edə bilmirik. Bu kimi halların baş verməməsi üçün əlimizdən gələni edirik. Zaman irəlilədikcə nəticələri yaxşılaşdıra biləcəyimizə inanıram”.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 23 oyun keçirən “Çelsi” topladığı 31 xalla Premyer Liqanın 11-ci pilləsində qərarlaşıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər