İngiltərə Premyer Liqasında 18-ci turun bir neçə qarşılaşması başa çatıb.
Apasport.az xəbər verir ki, “Mançester Siti” isə səfərdə “Nottingem Forest”i 2:1 hesabı ilə məğlub edib.
“Arsenal” ev oyununda “Brayton”a 2:1 hesabı ilə qalib gəlib. Turun ən məhsuldar qarşılaşması isə “Brentford” – “Bornmut” matçı olub. London təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib.
Qolsuz başa çatan görüşlər də olub. “Bernli” – “Everton” və “Vest Hem” – “Fulhem” qarşılaşmalarında qalib müəyyənləşməyib – 0:0.
“Liverpul” isə öz meydanında “Vulverhempton”u 2:1 hesabı ilə məğlub edərək növbəti üç xalı aktivinə yazdırıb.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”