Premyer Liqa futbolçusu "Qalatasaray" yolunda
02.02.2024 - 18:04
"Qalatasaray" Premyer Liqa futbolçusu ilə anlaşıb.
Apasport.az məşhur insayder Fabrizio Romanoya istinadla xəbər verir ki, İstanbul təmsilçisi brazilyalı forvard Karlos Vinisius ilə razılıq əldə edib.
"Fulhem"ə məxsus futbolçu icarə əsasında mövsüm sonuna qədər "aslanlar"ın heyətində çıxış edəcək.
Məlumata görə, "Fulhem" Armando Broja ilə rəsmi müqavilə imzaladıqdan sonra futbolçunun keçidinə icazə verəcək.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 16 matça çıxan Vinisius aktivinə 3 qol yazdırıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0