Premyer Liqanın 4 klubu "Qalatasaray"ın futbolçusunu izləyir
03.03.2024 - 17:38
Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Vilfrid Zaha mövsümlərarası fasilədə İngiltərə Premyer Liqasına qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konour məlumat yayıb.
Onun sözlərinə görə, Kot D-İvuarlı forvardın xidmətində Premyer Liqanın 4 klubu maraqlıdır. Söhbət "Fulhem", "Vest Hem", "Everton" və "Vulverhempton"dan gedir.
Xatırladaq ki, Zaha karyerasının böyük hissəsini İngiltərədə keçirib və burada “Kristal Palas”da çıxış edib.
Zahanın Türkiyədəki durumundan narazı olduğu bildirilir. Bu mövsüm hücumçu çempionatda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0