Prosineçki "Qarabağ"ın futbolçularına rəhbərlik edəcək
03.02.2024 - 22:49
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.
Apasport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Monteneqro milli komandasını çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, "Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç də Monteneqro yığmasında çıxış edirlər.
Robert Prosineçki 2014-cü ilin dekabr ayından 2017-ci ilin noyabrınadək millimizə rəhbərlik edib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0