PSJ-dən 80 milyonluq təklif
28.08.2023 - 10:14
PSJ Rendal Kolo-Muaninin transferi üçün yeni təklif göndərib.
Apasport.az saytının məlumatına görə, Fransa klubu hücumçu üçün ümumilikdə 80 milyon avro ödəməyə hazırdır.
“Ayntraxt” bu təklifi qəbul etsə, 70 milyon avro qazanacaq. Bu rəqəm bonuslar hesabına daha 10 milyon artacaq. 24 yaşlı forvardın keçidi transfer pəncərəsi bağlanana qədər rəsmiləşməlidir.
Qeyd edək ki, Rendal cari mövsüm Bundesliqanın 2 matçında 1 qol vurub.
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
1
0