PSJ-dən yeni müqavilə
27.09.2023 - 13:46
PSJ daha bir futbolçusu ilə müqavilənin müddətini artırır.
Apasport.az saytı xəbər verir ki, Paris təmsilçisi "klubun gələcək siması" hesab etdiyi Uorren Zair Emerini komandada saxlamağı planlaşdırır.
17 yaşlı yarımmüdafiəçi PSJ-nin öz yetirməsidir. Gənc oyunçu xüsusilə ingilis klublarının diqqətini cəlb edib. Liqa 1 təmsilçisi oyunçu ilə 2025-ci ilin yanvarında bitəcək razılaşmanı yaxın günlərdə yeniləyəcəyini açıqlayıb.
Qeyd edək ki, yeni mövsümdə 7 matçda meydana çıxan Emeri 1 məhsuldar ötürmə edib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0