PSJ Donnarummanı buraxmaq istəmir
21.09.2023 - 10:03
PSJ qapıçısı ilə müqavilənin müddətini artırır.
Apasport.az saytı xəbər verir ki, fransızlar 24 yaşlı Canluici Donnarummanı heyətində saxlamaq istəyir.
Bu məqsədlə, İtaliya millisinin də çərçivəsini qoruyan qapıçı ilə danışıqlara start verilib. Parisdəki həyatından razı olan Canluici də komandada qalmaqdan yanadır. Avropanın bir çox top klubları italyan qolkiperin ətrafındakı vəziyyəti diqqətlə izləyir.
Qeyd edək ki, 2021-ci ildən paytaxt klubunun şərəfini qoruyan Donnarummanın PSJ ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0