PSJ Viktor Osimhenin transferində israrlıdır.
Apasport.az xəbər verir ki, Paris klubu nəyin bahasına olursa-olsun "Napoli"nin hücumçusunu transfer etmək istəyir.
Xüsusilə, Kilian Mbappenin yayda “Real”a gedəcəyi ilə bağlı xəbərlər artdıqdan sonra, Liqa 1 təmsilçisi Nigeriya millisinin hücumçusuna diqqətini daha da artırıb. İddialara görə, PSJ rəhbərliyi 25 yaşlı forvardın müqaviləsində göstərilən 130 milyon avro kompensasiya məbləğini ödəyərək oyunçunu heyətə qatmağa hazırlaşır.
Qeyd edək ki, bu mövsüm "Napoli"nin heyətində 18 oyun keçirən Osimhen 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər