
Bu mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhenin "sarı-qırmızılı" komandadakı gələcəyi hələ də sual altındadır.
Apasport.az xəbər verir ki, İstanbul klubu nigeriyalı futbolçunun transferində israrlıdır.
Türkiyəli insayder Yağız Sabuncuoğlunun sözlərinə görə, "cimbom" "Napoli"nin forvardı üçün illik maaş təklifini yeniləyib.
Belə ki, daha əvvəl Türkiyə çempionu Osimhenə 15 milyon təklif etsə də, sonradan bu məbləği 20 milyona yüksəldib.
Xatırladaq ki, nigeriyalı forvard “Əl-Hilal”a transfer olmağa çox yaxındır.
Artıq Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu ilə şifahi razılığa gəlib. Tərəflər arasında 3 illik müqavilənin imzalanması gözlənilir.
“Əl-Hilal” bu transferi Klublararası Dünya Çempionatının ilk turunda “Real Madrid”lə qarşılaşacaqları oyundan əvvəl yekunlaşdırmağı planlaşdırır.
Qeyd edək ki, Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində keçirdiyi 41 rəsmi oyunda 37 qol vurub, 8 məhsuldar ötürmə verib.