"Qalatasaray" Saşa Boeyə alternativ tapdı
01.02.2024 - 14:36
“Qalatasaray” müdafiə xəttinə yeni futbolçu alır.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Nottingem Forest” forması geyinən Serge Aurieri rənglərinə bağlayır.
İddialara görə, klublar arasında keçirilən danışıqlar müsbət nəticələnib. Razılaşmaya əsasən, “Cim-bom” futbolçunun keçidi qarşılığında məbləğ ödəməyəcək. Fil Dişi Sahillərindən olan 31 yaşlı sağ cinah müdafiəçisi “Bavariya”ya transfer olunan Saşa Boeyi əvəz edəcək.
Qeyd edək ki, bu mövsüm 13 matça çıxan Aurier 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0