
"Qalatasaray" uruqvaylı futbolçusu Lukas Torreyra ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, klub bu barədə Türkiyə Futbol Federasiyasına məlumat verib.
Lukas Torreyra "Qalatasaray"la neçə illik müqavilə bağlayıb?
"Cimbom" müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq Lukas Torreyra ilə sözləşməni 2028-ci ilə qədər uzadıb.
2022-2023 mövsümündə "Arsenal"dan 6 milyon avroya transfer olunan Lukas Torreyra "Qalatasaray"ın ən önəmli futbolçularından birinə çevrilib.
Lukas Torreyranın performansı və statistikası
Uruqvaylı yarımmüdafiəçi “Qalatasaray”la 2 dəfə Super Liqa və Superkubok qazanıb.
Torreyra "sarı-qırmızılar"ın heyətində 123 matça çıxıb, 4 qol vurub, 11 məhsuldar ötürmə edib.
- "İnter" Luis Henrikeni transfer etməyə yaxındır
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya