
Türkiyə Super Liqasının 31-ci həftəsində "Qalatasaray" "Samsunspor"u 2:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub.
Apasport.az xəbər verir ki, səfərdə 3 xal qazanan "cimbom"un mövsümü ilk 2-də bitirəcəyi dəqiqləşib.
Ən yaxın rəqibi “Fənərbaxça”nı 3 xal qabaqlayan "sarı-qırmızılılar" mövsümü ilk 2-də başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.
"Qalatasaray" mövsümü çempion kimi başa vurarsa, birbaşa Çempionlar Liqasının Liqa mərhələsinə gedəcək.
Qeyd edək ki, "Qalatasaray" hazırda 74 xalla turnir cədvəlinə rəhbərlik edir. Liderdən 3 xal geridə qalan "Fənərbaxça" isə ikincidir.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO