Qanalı futbolçu üçün 100 milyon avro – Ronaldo ilə komanda yoldaşı ola bilər
24.04.2025 - 17:14
Qanalı futbolçu üçün 100 milyon avro – Ronaldo ilə komanda yoldaşı ola bilər

İngiltərə Premyer Liqası təmsilçilərindən “Vest Hem”in futbolçusu Məhəmməd Kudus karyerasını Səudiyyə Ərəbistanınında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, oyunçu ilə “Əl-Nəsr” yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Kudus Ronaldonun komanda yoldaşı olacaqmı?

İddilara görə, Kriştiano Ronaldonun kapitanlığını üstləndiyi komanda 24 yaşlı vinger üçün 100 milyon avronu gözdən çıxarıb.

Xatırladaq ki, Kudus “Vest Hem”ə 2022-ci ildə “Ayaks”dan 43 milyon avro qarşılığında transfer edilmişdi.

Məhəmməd Kudusun bu mövsümkü statistikası

Qana millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 3 qol, 3 assistlə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ildə başa çatacaq.