“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qoşulub
29.12.2025 - 22:56
“Qarabağ”ın futbolçusu Marko Yankoviç gələcək məşqçilik karyerası üçün növbəti addımı atıb.
Apasport.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi daxili çempionatda yaranan fasilədən yararlanaraq ölkəsində təşkil olunan UEFA A kateqoriyalı məşqçi kurslarına qatılıb.
Təlim prosesini və imtahan mərhələsini uğurla tamamlayacağı təqdirdə, 29 yaşlı futbolçu UEFA A lisenziyasına sahib olacaq.
Bu kurslarda Marko Yankoviçlə yanaşı, daha əvvəl “Qarabağ”da çıxış etmiş Marko Veşoviç də iştirak edir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0