“Qarabağ”ın rəqibindən yeni müqavilə
03.10.2023 - 15:33
“Bayer” futbolçusu Jeremi Frimponqla müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
UEFA Avropa Liqasının qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Leverkuzen təmsilçisinin müdafiəçi ilə yeni anlaşması 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Frimponq 2021-ci ildən “Bayer”in formasını geyinir. O, bu müddətdə 103 görüşdə 13 qol vurub.
Qeyd edək ki, niderlandlı futbolçu cari mövsümün 6 oyununda 1 dəfə fərqlənib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0