“Qarabağ”ın rəqibinin hücumçusu Fransa klubunda - RƏSMİ
02.01.2026 - 00:34
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi olan “Ayntraxt”da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın hücumçusu Elye Vahi “Nitsa”ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 22 yaşlı forvard mövsümün sonunadək Fransa təmsilçisinin şərəfini qoruyacaq.
Xatırladaq ki, Bundesliqa klubu Vahini ötən ilin yanvarında “Marsel”dən 26 milyon avroya transfer etmişdi.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, saat 21:45-də başlayacaq.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0