Radamel Falkaonun yeni klubu bəlli olub
07.01.2026 - 20:53
Radamel Falkaonun karyerasını davam etdirəcəyi yeni klub bəlli olub.
Apasport.az xəbər verir ki, kolumbiyalı hücumçu yenidən ölkəsində çıxış edəcək.
Falkao 6 ay əvvəl ayrıldığı "Milyonarios"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Radamel Falkao karyerası ərzində "River Pleyt", "Portu", "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano"nun formasını geyinib.
0
0