Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
15.04.2025 - 13:58
Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir

Rafa Silva “Əl-Əhli”yə keçəcəkmi?

“Beşiktaş”ın portuqaliyalı yarımmüdafiəçisi Rafa Silva ilə maraqlanan klubların sayı artıb.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu 31 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Ərəblər mövsümün sonunda onu heyətə qatmaq üçün artıq ilkin təkliflər irəli sürüblər.

“Əl-Əhli” Rafa Silva ilə razılaşacaqmı?

Futbolçunun özü də “Əl-Əhli”yə keçməkdə maraqlıdır. Lakin Səudiyyə klubunun təklifi “Beşiktaş” rəhbərliyini razı salmasa, Rafa Silvanın İstanbul təmsilçisində qalmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, portuqaliyalı oyunçu 2024-cü il iyulun 1-də “Beşiktaş”a transfer olunub. Onun müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir. O, daha əvvəl “Feyrense”, “Braqa” və “Benfika” komandalarında çıxış edib.