Raulun rekordu qırıldı: Pitariçdən tarixi göstərici
12.03.2026 - 14:36
"Real"ın futbolçusu Tyaqo Pitariç tarixi uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, "Real"la Çempionlar Liqasının pley-off mərhələlərində meydana start heyətdə çıxan ən gənc ispaniyalı olub.
Tyaqo "Mançester Siti" ilə matça 18 yaş 220 günlüyündə çıxıb.
O, Raul Qonsalesin rekordunu yeniləyib. Sabiq hücumçu 18 yaş 248 günlüyündə "Yuventus"a qarşı çıxış edib.
0
0