“Real”da ciddi itki - SUPERKUBOK MATÇINA ÇIXMAYACAQ
01.01.2026 - 09:38
İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisinin liderlərindən olan Kilian Mbappe sıradan çıxıb.
Bu barədə "L’Équipe" nəşri məlumat yayıb.
Fransalı hücumçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. 27 yaşlı forvard La Liqanın "Betis"lə (4 yanvar), İspaniya Super Kubokunun isə "Atletiko" ilə matçında (8 yanvar) komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 27 rəsmi matçda 30 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0